Azərbaycanın tanınmış hərbi tarixçisi, yazıçı-publisist, ehtiyatda olan polkovnik-leytenant Şəmistan Nəzirlinin məzar daşı hazırlanıb.
Bakıvaxtı.az bildirir ki, məzar daşı mərhumun ailəsi və yaxın dostlarının təşəbbüsü ilə hazırlanıb. Üzərində Şəmistan Nəzirlinin portreti və həyat illəri həkk olunub.
Qeyd edək ki, Şəmistan Nəzirli ötən ay vəfat etmişdi. O, uzun illər Azərbaycan Ordusunun formalaşmasında, milli hərb tarixinin araşdırılmasında və qəhrəmanlıq salnaməsinin təbliğində mühüm xidmətlər göstərib.
Şəmistan Nəzirli “Əfsanəvi Mixaylo”, “Qoridon gələn qatar”, “Cümhuriyyət generalları” kimi dəyərli əsərlərin müəllifidir.
Onun məzarının görüntülərini təqdim edirik.
Əli Hüseynov
Bakı 



