“Özüm də səhhətimlə bağlı müalicə aldığım üçün son zamanlar Ariflə görüşə bilmirdik. Təxminən 1 il əvvəl ona xərçəng xəstəyliyi diaqnozu qoyulmuşdu. Həmin müddətdən bəri müalicə alırdı”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a aktyor, rejissor Mahir Dərviş deyib.
O bildirib ki, son zamanlar Arif Buzovnalının səhhəti xeyli pisləşib:
“Bu yaxınlarda ortaq bir dostumuz dedi ki, Arifin vəziyyəti o qədər də yaxşı deyil. Fikirləşdirdim ki, səhhətim bir az düzəlsin gedib baş çəkərəm. Heyf, qismət olmadı. Arif Buzovnalı çox istedadlı şair və qəzəlxan idi”.
Şair Arif Buzovnalı (Əliyev Arif) bu gün vəfat edib. Bu barədə yaxınları məlumat yayıb. O, 6 sentyabr 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub. A. Buzovnalı 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri idi.
Bakı 


jpg-1763798260.jpg)
