• Bakı C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Tanınmış aktyor vəfat etdi - FOTO

MƏDƏNİYYƏT

21 Dekabr 2025 | 09:33

Tanınmış aktyor vəfat etdi - FOTO

Aktyor Nikolay Denisov vəfat edib.

Bakıvaxtı.az "kino-teatr.ru" portalına istinadən xəbər verir ki, "Sınıq işıqlar küçələri" teleserialındakı rolu ilə məşhurlaşan sovet və Rusiya teatr və kino aktyoru Nikolay Denisov dekabrın 19-da 80 yaşında vəfat edib.

    Aktyorluqla yanaşı, Nikolay Denisov şair olub, Valeri Leontyevin "Mən canlıyam", "Kabare", "Çeri" və digər mahnılarının sözlərini yazıb.

    Bundan əlavə, Nikolay Denisovun sözlərinin yazdığı mahnıları Lyudmila Qurçenko, Nikolay Karaçentsov, Sofiya Rotaru, Edita Piexa, Nadejda Babkina, Larisa Dolina, Mixail Boyarski, Filipp Kirkorov, Pavel Smeyan, Lyudmila Sençina, Mixail Şufutinski, Dmitri Pevtsov, Nikolay Baskov, Maksim Averin və başqaları ifa ediblər.


    SON XƏBƏRLƏR

    20 Dekabr 2025