Rusiya tezliklə Afrika ölkələri ilə ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə daha 13 hökumətlərarası komissiya yaratmaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Afrika Tərəfdaşlıq Forumunun plenar iclasında bildirib.
Nazir qeyd edib: "Afrika ölkələri ilə ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların sayı artır. Hazırda 19 belə komissiya var və yaxın gələcəkdə daha 13-nün yaradılması planlaşdırılır. Biz afrikalı tərəfdaşlarımızı bu müqavilələri praktiki həyata keçirməyə çağırırıq".
Lavrov əlavə edib ki, Rusiya ticarət nümayəndəlikləri 2026-cı ilin sonuna qədər 15 Afrika ölkəsində fəaliyyət göstərəcək.
Zeynəb Rzayeva
Bakı 




