• Bakı C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Oğurladığı dollarların yerinə saxtalarını qoydu - Saxlanıldı

HADİSƏ

20 Dekabr 2025 | 17:05

Oğurladığı dollarların yerinə saxtalarını qoydu - Saxlanıldı

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, həmin evdə usta kimi işləyən şəxs ev sahibinin çantasından 1450 manat və 4300 dollar oğurlayıb.

O, törətdiyi əməli ört-basdır etmək üçün çantaya oğurladığı maddi vəsait miqdarında saxta əskinaslar qoyub. Bu barədə 65 yaşlı zərərçəkən polisə müraciət edib.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR

19 Dekabr 2025