Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə kənd sakinləri bildirib.
Məlumata görə, ötən ildən güclü yağışlar nəticəsində Vənlik kəndində körpü qəzalı vəziyyətə düşüb. Körpü müvəqqəti olaraq təmir olunsa da, ötən gecə yağan aramsız yağış körpünü istifadə üçün yararsız vəziyyətə salıb.
Hazırda 3 kəndin - Vənlik, Fərzili və Oğrubulaq kənd sakinləri körpüdən istifadə edə bilmir.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin 46 saylı Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, sözügedən körpüdə hazırda yenidən müvəqqəti təmir işləri aparılır. Yaxın zamanlarda isə körpü yenidən qurulacaq.
Bakı 




