• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qobustanda 4 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO

HADİSƏ

17 Fevral 2026 | 16:44

Qobustanda 4 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Hünər Quliyev, Sönməz Süleymanov və Fərid Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, onlardan 4 kiloqram narkotik vasitə marixuana və tiryək aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri H.Quliyevin vasitəsilə İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026