• Bakı 11° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Polisdən ƏMƏLİYYAT: 34 kiloqramdan artıq narkotik aşkarlandı - VİDEO

HADİSƏ

19 Mart 2026 | 14:48

Polisdən ƏMƏLİYYAT: 34 kiloqramdan artıq narkotik aşkarlandı - VİDEO

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 34 kiloqramdan artıq narkotik aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Fariz Quliyev və tanışı, 38 yaşlı Fuad Qurbanovdan 1 kiloqram 500 qram heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan, əvvəllər məhkum olunmuş 44 yaşlı Kamal Xudioğlundan isə 9 kiloqram 130 qram marixuana, 26 yaşlı Ceyhun Babaşovdan isə 10 kiloqram marixuana və 1 kiloqramdan artıq tiryək aşkarlanıb.

Sumqayıt şəhərində narkotiklərin satışına qarşı həyata keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 27 yaşlı Əfsanə Qasımova və tanışı, 28 yaşlı Pəlvan Abaszadə saxlanılıblar. Bu şəxslərdən isə 13 kiloqram marixuana aşkarlanıb.

Saxlanılan şəxslərin narkotikləri Sumqayıt şəhərində müxtəlif ünvanlara yerləşdirməklə satışını təşkil etməyi planlaşdırdıqları müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR