• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Kənar Dairəvi yolda “Land Rover” yandı

HADİSƏ

18 Aprel 2026 | 11:53 | Müəllif: Əli Hüseynov

Kənar Dairəvi yolda “Land Rover” yandı

Kənar Dairəvi yolda avtomobildə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

“Land Rover” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobilin digər hissələri yanğından mühafizə olunub, xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR