• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermitaj Muzeyində imperator taxtında oturdu - Saxlanıldı

HADİSƏ

17 May 2026 | 20:29 | Müəllif: Ayyət Əhməd

Ermitaj Muzeyində imperator taxtında oturdu - Saxlanıldı

Rusiyanın Sank-Peterburq şəhərində yerləşən Dövlət Ermitaj Muzeyində bir nəfər təhlükəsizlik qaydalarını pozaraq 18-ci əsrə aid imperator taxtında oturub.

Bakıvaxtı.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə  Rusiya KİV-i xəbər yayıb. Məlumta görə,  hadisə mayın 17-də Müqəddəs Georgi zalında qeydə alınıb. 45 yaşlı kişi qoruyucu baryeri keçərək, taxta yaxınlaşıb və orada oturub. Muzey işçiləri onu uzaqlaşdırmağa çalışanda onları bıçaqla hədələyib. Əməkdaşların xəbərdarlığına aqressiv reaksiya verən şəxs daha sonra saxlanılıb. Rusiya Milli Qvardiyası hadisə yerinə gələrək, zaldakı insanları təxliyə edib. Saxlanılan şəxs polis bölməsinə aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026