• Bakı 26° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Məryəmin öldüyü hadisənin - Təfərrüatı

HADİSƏ

16 Iyun 2026 | 12:17

Məryəmin öldüyü hadisənin - Təfərrüatı

Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faciəvi hadisə iyunun 12-si saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində - Babək prospektində baş verib.

Belə ki, həmin vaxt İman Həsənovun idarə etdiyi “İveco” markalı marşrut avtobusu ilə paytaxt sakini 2002-ci il təvəllüdlü Rövşən Muradovun sürdüyü “Chery” markalı avtomobil toqquşub.

Nəticədə, R.Muradov, sərnişini 2002-ci il təvəllüdlü Məryəm Elxan qızı Məmmədova və avtobusun 3 sərnişini xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardıma baxmayaraq, Məryəm Məmmədova iyunun 15-nə keçən gecə xəstəxanada vəfat edib.

Qeyd edək ki, Məryəmin atası Elxan Məmmədov uzun müddət Gəncə Şəhər İcra Hakimiyyətində məsul vəzifələrdə işləyib. Babası Müsəddin Məmmədov 40 ilə yaxın Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı orta məktəbin direktoru olub.

Məryəm bu gün Gəncədə dəfn edilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026