• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Mingəçevirdə 20 yaşlı gənc kafedə bıçaqlandı - YENİLƏNİB

HADİSƏ

16 Iyun 2026 | 13:22 | Müəllif: Subhan Mahmudov

Mingəçevirdə 20 yaşlı gənc kafedə bıçaqlandı - YENİLƏNİB

Mingəçevirdə bıçaqlanma olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, 21 yaşlı Bayandur Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 20 yaşlı Mətləb Rzayevin ayağına bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırma aparılır.

Murad İsmayıl

***

15 iyun, saat 18:12

Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin kənd qəbiristanlığı adlanan ərazisində qeydə alınıb.

Belə ki,  20 yaşlı Mətləb Rzayev sol bud nahiyəsindən kəsilmiş deşilmiş bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026