• Bakı 11° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

2 nəfəri bıçaqladı - Saxlanıldı

HADİSƏ

19 Mart 2026 | 15:38

2 nəfəri bıçaqladı - Saxlanıldı

Bakının Xətai rayonu NZS qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, naməlum şəxs 2 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirib.

Yaralılar Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

Bildirilib ki, bıçaqlanan şəxslərdən 32 yaşlı V.Ağayev dalaşanları ayırmağa çalışırmış. O, 2 bıçaq yarası alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, martın 18-də Xətai rayonu ərazisində iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:

“Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Y.Qriqoryev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda faktla araşdırma aparılır”./Qafqazinfo


SON XƏBƏRLƏR