Bu gün saat 15:10 radələrində 1 nəfər qadın zəhərlənmə şübhəsilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ağdam Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-a verilən xəbərə görə, 2007-ci il təvəllüdlü şəxsə dərman vasitələrinin yaratdığı toksiki effekt diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti kafi qiymətləndirilir.
***
16:30
Ağdamda tələbə qız dərmandan zəhərlənib.
Bakıvaxtı.az-ın Trend-ə istinadən xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Biləsuvar sakini, 2007-ci il təvəllüdlü Əliyeva Ayşən Qorxmaz qızı qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.
A.Əliyeva Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb vəziyyəti orta ağır olduğu bildirilir.
Qeyd edək ki, A.Əliyeva Ağdam Dövlət Sosial-iqtisadi kollecinin tələbəsidir.
Faktla bağlı araşdırma başlanıb.
Bakı 




