• Bakı C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

2 rayonunda oğurluq etdilər - Saxlanıldılar

HADİSƏ

19 Mart 2026 | 16:58

2 rayonunda oğurluq etdilər - Saxlanıldılar

Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən binaların birinə daxil olaraq 2200 manat dəyərində kombi aparatı, akkumulyator, su sayğacı, mühərrik və naqil oğurlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı S.Muradov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun taladığı əşyaları metal qəbulu məntəqəsinə satdığı məlum olub.

Bundan başqa, Suraxanı rayonu ərazisində yerləşən obyektlərin birindən 2350 manat dəyərində mis boruları oğurlamaqda şübhəli bilinən 29 yaşlı C.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.


SON XƏBƏRLƏR