Abşeronda motosiklet yük avtomobilinə çırpılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Xırdalan şəhərində, Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.
Motosiklet idarə edən 1994-cü il təvəllüdlü Hüseynov Ramin Nurəddin oğlu hərəkətdə olarkən yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./Report
Bakı 




