• Bakı 26° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Xırdalanda qətl hadisəsi: saxlanılan var - YENİLƏNİB

HADİSƏ

18 Aprel 2026 | 17:32

Xırdalanda qətl hadisəsi: saxlanılan var - YENİLƏNİB

Abşeron rayonu, Xırdalan şəhərində Ruhin Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev saxlanılaraq istintaqa təhvil verilib.

***

16:01

Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib. İlkin məlumata görə, ərazidə bir nəfərin qətlə yetirildiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.

Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026