• Bakı 26° C

    11.8 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

25 min manatlıq oğurluq etdi - Saxlanıldı

HADİSƏ

19 Mart 2026 | 17:19

25 min manatlıq oğurluq etdi - Saxlanıldı

Sabunçu rayonunda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, müxtəlif tarixlərdə rayon ərazisində yerləşən 9 evdən ümumilikdə 25 min manat dəyərində məişət əşyaları, təmir-tikinti alətləri, elektrik naqilləri, məişət texnikası, həmçinin pul və qızıl-zinət əşyaları oğurlanıb.

Keçirilmiş tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı Ramil Əsgərov saxlanılıb. Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyul 2026
18 Iyul 2026