Ağcabədidə 16 yaşlı bacısı Fidan Mamedovanı öldürən 2007-ci il təvəllüdlü Tahir Məmmədovun məhkəmə prosesi başa çatıb.
Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 18 yaşlı təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tahir Mamedov məhkəmədə ifadə verməkdən imtina edib. O, ibtidai istintaq verdiyi ifadəsində bacısını İnstagram sosial şəbəkəsində başqa şəxslə yazışmasına, həmin adama foto göndərməsinə görə öldürdüyünü bildirib.
Hadisə vaxtı bacısına bir bıçaq zərbəsi vuraraq onu həyatdan məhrum edən Tahir Mamedov törətdiyi əməldən peşman olduğu bildirib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrın 5-də Ağcabədi rayonunun Pərioğullar kəndində baş verib. Tahir Mamedov bir ay sonra hərbi xidmətə yollanmalı imiş.
Bakı 




