• Bakı C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

İsrail və Livan arasında birbaşa görüş keçirildi

DÜNYA

20 Dekabr 2025 | 00:06

İsrail və Livan arasında birbaşa görüş keçirildi

ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan nümayəndələri təhlükəsizlik və iqtisadi məsələləri müzakirə etmək üçün yeni görüş keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin məlumatında deyilir.

Bildirilib ki, görüş Livanın cənubundakı sərhəd şəhəri Ən-Naqurada baş tutub.

İsrail tərəfində danışıqlara Milli Təhlükəsizlik Şurasının xarici siyasət üzrə müavini Yosef Draznin rəhbərlik edib.

Görüşdə təhlükəsizlik sahəsində dialoqun davam etdirilməsi, o cümlədən Hizbullahın tərk-silah edilməsi müzakirə edilib.

Həmçinin iqtisadi layihələr, sakinlərin təhlükəsizliyinin təmin edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edilir ki, bu, İsrail və Livan nümayəndələri arasında keçirilən ikinci belə birbaşa görüşdür.


SON XƏBƏRLƏR

19 Dekabr 2025