• Bakı C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Meloni: Trampın Avropaya qarşı yeni sanksiyaları səhv addım olacaq

DÜNYA

19 Yanvar 2026 | 00:05

Meloni: Trampın Avropaya qarşı yeni sanksiyaları səhv addım olacaq

İtaliyanın Baş naziri Giorgia Meloni bu gün jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-nin Avropa ölkələrinə qarşı sanksiyalar tətbiq etmək qərarı səhv addım olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

O, ABŞ prezidenti Donald Trampın Qrenlandiya məsələsi ilə bağlı tarif təhdidlərindən sonra onunla danışdığını və fikrlərii bildirdiyini də söyləyib.

İtaliya Baş naziri həmçinin Avropa dövlətlərinin Qrenlandiyada kiçik qüvvələrin yerləşdirilməsi ilə bağlı şərh verib və bildirib ki, bu, ABŞ-yə qarşı təşəbbüs kimi nəzərdə tutulmayıb. O, bu məsələnin anlaşma və ünsiyyət problemi yaratdığını bildirib.

Meloni əlavə edib ki, NATO-nun baş katibi Mark Rutte ilə danışıb və vəziyyəti digər Avropa liderləri ilə müzakirə etməyi planlaşdırır.

Daha əvvəl Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyadan idxal edilən mallara 10 faizlik tarif tətbiq olunacağını, lakin daha sonra 25 faizə qədər arta biləcəyini və Qrenlandiya ilə bağlı razılıq əldə olunana qədər qüvvədə qalacağını açıqlamışdı. Tramp iddia edib ki, Danimarkanın muxtar ərazisi olan Qrenlandiya ABŞ-nin təhlükəsizliyi üçün çox vacibdir və onun zorla ilhaq edilməsini istisna etməyib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

18 Yanvar 2026
17 Yanvar 2026