• Bakı C

    6.08 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Budanov sürətli sülhün tərəfdarıdır - Ekonomist

DÜNYA

17 Fevral 2026 | 20:34

Budanov sürətli sülhün tərəfdarıdır - Ekonomist

Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov Cenevrədə Rusiya və ABŞ ilə üçtərəfli danışıqlarda Rusiya ilə sürətli sülhün tərəfdarıdır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ekonomist" nəşri Ukrayna komandasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Budanov Kiyev nümayəndə heyətinin bir qanadını təmsil edir və Ukraynanın maraqları naminə ABŞ rəhbərliyi altında tez bir zamanda razılaşma əldə etmək istəyir.

Onun həmçinin "fürsət pəncərəsi"nin bağlanma ehtimalından ehtiyat etdiyi qeyd olunur.

Qeyd edək ki, hazırda Cenevrədə keçirilən üçtərəfli danışıqlar artıq 3 saatdan çoxdur ki, davam edir.


SON XƏBƏRLƏR