Pakistan Türkiyə və Fars körfəzi ölkələri ilə həmrəylik ifadə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığına zamanı bildirib.
Ş. Şərif Türkiyə və regiondakı digər qardaş ölkələrə yönəlmiş hücumları qəti şəkildə qınadığını bildirib:
"Pakistanın Türkiyə və Körfəz ölkələri ilə olan sarsılmaz həmrəyliyini yenidən təsdiqlədim, gərginliyin azaldılması və dialoq üçün göstərilən bütün səylərə dəstək verməyə hazır olduğumuzu çatdırdım".
Liderlər Əfqanıstandakı vəziyyətə dair fikir mübadiləsi də aparıblar:
"Türkiyənin Pakistanla Əfqanıstan arasında sülhün yaradılması səylərini dəstəkləməsi, xüsusilə də bayram günlərində elan etdiyimiz müvəqqəti atəşkəsə verdiyi son töhfələri təqdirlə qarşıladığımı bildirdim".
Söhbət zamanı Pakistan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq da müzakirə olunub.
Bakı 




