q
  • Bakı 13° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Ərdoğan Bərzani ilə görüşdü - YENİLƏNİB

DÜNYA

18 Aprel 2026 | 19:20

Ərdoğan Bərzani ilə görüşdü - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana hücumlarla başlayan münaqişənin bütün bölgəni yorduğunu, müharibənin tamamilə sona çatdırılması və qalıcı sülhə nail olunması üçün Türkiyənin aidiyyəti ölkələrlə birlikdə səylərinin davam etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan bunu İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşdə deyib.

"İran üçün ortaya qoyulan ssenarilər heç kimə xeyir gətirməyəcək, hər bir halda İraqda sabitliyin qorunmasının kritik əhəmiyyəti var", - Ərdoğan vurğulayıb.

***

18:47

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Görüşdə regional məsələlərin müzakirə olunduğu bildirilib.

Qeyd edək ki, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.


SON XƏBƏRLƏR