• Bakı 18° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Türkiyədə restoranda silahlı dava: ölənlər var

DÜNYA

18 May 2026 | 19:12

Türkiyədə restoranda silahlı dava: ölənlər var

Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda restoranda silahlı insident baş verib.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə rayonun Sucular məhəlləsində yerləşən restoranın qarşısında qeydə alınıb.

İlkin məlumata görə, iki qrup arasında “yol vermə” üstündə yaranan mübahisə qısa müddətdə silahlı davaya çevrilib. Tərəflər bir-birinə tapança və tüfənglə atəş açıblar.

Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR