Ermənistan Mərkəzi Seçki Komissiyası 17 iyun tarixli iclasında Ermənistanın ikinci prezidenti və "Ermənistan" blokunun lideri Robert Köçəryana qarşı cinayət işinin başlanmasını təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vəkil Aram Orbelyan jurnalistlərlə söhbətində bildirib.
Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu Robert Köçəryana, eləcə də parlamentə namizədlər Asatur Köçəryana və Ruslan Barseqyana qarşı cinayət işinin başlanmasına icazə verilməsi üçün ərizə təqdim edib. Ruslan Barseqyan "Ermənistan" blokunun seçki siyahısında 62-ci, Asatur Köçəryan isə 154-cü yerdədir.
Bakı 



