Ukrayna ordusunun keçirdiyi “Aşan” əməliyyatı zamanı təxminən 1000 ədəd PUA üç gün ərzində 800 Rusiya zirehli texnikasını məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Mixail Fyodorov deyib.
“Bu əməliyyat sayəsində ruslar altı ay ərzində genişmiqyaslı zirehli hücumlar həyata keçirə bilməyib. Bu yaxınlarda sözügedən əməliyyatın ikinci mərhələsi başladı: artilleriya lüləsini yarıb keçən xüsusi mərmi hazırlandı və cəmi iki gecə ərzində təxminən 250 Rusiya artilleriya qurğusu məhv edildi”, - o bildirib./Axar.az
Bakı 



