Birləşmiş Ştatlar ABŞ-İsrail hərbi əməliyyatının bir hissəsi olaraq İraqa zərbələr endirir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Den Keyn bildirib.
O, mətbuat konfransında deyib ki, İraqda AH-64 təyyarələri ABŞ qüvvələrinə və ya onun İraqdakı maraqlarına qarşı təhdidlərin qarşısını almaq üçün İranla əlaqəli silahlı qrupları vurur.
Qeyd olunub ki, AH-64 "Apache" hücum helikopteridir.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb./Oxu.Az
Bakı 




