Kürdəmirdə xalqımızın milli-mənəvi dəyərlərini, həmçinin xeyirxahlıq, birlik və həmrəylik kimi ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, bayram tədbirində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Bayram tədbiri çərçivəsində müxtəlif idman növləri üzrə maraqlı kompozisiyalar nümayiş etdirilib, milli mətbəx nümunələri, çoxəsrlik maddi-mədəni irsimizi və qədim adət-ənənələrimizi əks etdirən eksponatlar, rəsm sərgiləri, məktəblilərin əl işlərindən ibarət sərgilər, milli rəqslər, eləcə də idmançı və kəndirbazların çıxışları qonaqların böyük marağına səbəb olub.
Tədbir tanınmış müğənnilərin ifasında təqdim olunan rəngarəng konsert proqramı ilə davam edib.
Bakı 


























