q
  • Bakı 14° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Riskli ərazilərdə nasos stansiyalarının fəaliyyətinə fasilələr verildi

CƏMİYYƏT

18 Aprel 2026 | 14:49

Riskli ərazilərdə nasos stansiyalarının fəaliyyətinə fasilələr verildi

Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar riskli ərazilərdə nasos stansiyalarının fəaliyyətinə fasilələr verilib.

Bakıvaxtı.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Regional Su Meliorasiya Xidmətinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan sugötürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.

"Yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Regional Su Meliorasiya Xidməti riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib. Bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib.

Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır.

Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər", - məlumatda qeyd olunur.

Ən


SON XƏBƏRLƏR

17 Aprel 2026