q
  • Bakı 11° C

    7.32 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Ukrayna və Türkiyə nazirləri üçtərəfli əməkdaşlığı müzakirə etdi

DÜNYA

17 Aprel 2026 | 23:12

Ukrayna və Türkiyə nazirləri üçtərəfli əməkdaşlığı müzakirə etdi

Ukrayna-Suriya-Türkiyə üçtərəfli formatının, xüsusən də alternativ təchizat zəncirləri kontekstində daha da inkişaf etdirilməsi müzakirə edilib.

Bakıvaxtı.az Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Antalya Diplomatik Forumunda Ukrayna və Türkiyə xarici işlər nazirləri Andrey Sibiqa və Hakan Fidan arasında keçirilən görüşdə müzakirə aparılıb. "Türkiyəli dostum Hakan Fidan ilə dialoqumuzu davam etdirməkdən məmnun oldum. Müdafiə, enerji, ticarət və logistika sahələrində perspektivli birgə layihələrə diqqət yetirdik. Strateji tərəfdaşlığımız Qara dənizdən Yaxın Şərqə qədər sabitliyin təməl daşıdır”, - deyə Sibiqa əlavə edib.

Sibiqa türkiyəli həmkarına Ukraynanın müdafiə sənayesinin nailiyyətləri barədə məlumat verib. Həmçinin görüşdə sülh səyləri müzakirə edilib. “Türk tərəfdaşlarımız son illərdə sülh prosesində mühüm rol oynayıblar. Dünyanı bir-birinə daha da yaxınlaşdıracaq liderlər görüşünü Türkiyədə keçirməyə hazırıq”, - deyə Ukraynanın xarici işlər naziri vurğulayıb.

Görüş zamanı Sibiqa Fidanı Ukraynaya səfərə dəvət edib


SON XƏBƏRLƏR

17 Aprel 2026