q
  • Bakı 15° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

İrandan ABŞ-yə SƏRT XƏBƏRDARLIQ

DÜNYA

17 May 2026 | 22:17

İrandan ABŞ-yə SƏRT XƏBƏRDARLIQ

İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü, briqada generalı Əbülfəzl Şikarçi ABŞ-nin İrana qarşı mümkün yeni hərbi əməliyyatları ilə bağlı sərt xəbərdarlıq edib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Vaşinqtonun İrana qarşı yeni hücumu əvvəlkilərdən daha dağıdıcı nəticələr doğura bilər. Onun sözlərinə görə, belə bir addım ABŞ üçün gözlənilməz ssenarilər yaradacaq və Vaşinqton yenidən “bataqlığa sürüklənəcək”.

Digər tərəfdən, İranın Ali lideri Müctəba Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti də ABŞ Prezidenti Donald Trampın Tehranla bağlı açıqlamalarına münasibət bildirib.

Vilayəti qeyd edib ki, “İsrailin ipi ilə quyuya enməyin ağır bədəli var”.

O, Tramp administrasiyasının Təl-Əvivin təxribatları nəticəsində strateji tələyə düşdüyünü deyib.

İran rəsmisi həmçinin Vaşinqtonda Tehranla bağlı “səhv hesablamaların” aparıldığını bildirərək, regionda artan gərginliyin təhlükəli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.


SON XƏBƏRLƏR