Mərkəzi Seçki Komissiyası (MSK) sabah saat 15:00-da prokurorun Ermənistanın ikinci prezidenti Robert Köçəryanın toxunulmazlığından məhrum edilməsi ilə bağlı vəsatətinə baxacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan MSK-nın məlumatında deyilir.
Qeyd edək ki, Prokurorluq MSK-ya Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryana, eləcə də parlamentə namizədlər Asatur Köçəryana və Ruslan Barseqyana qarşı cinayət işinin başlanmasına icazə verilməsi üçün vəsatət təqdim edib. Ruslan Barseqyan Ermənistan blokunun seçki siyahısında 62-ci, Asatur Köçəryan isə 154-cü yerdədir.
Bununla bağlı Ermənistanın ikinci prezidentinin ofisi bəyanat yayaraq bildirib ki, bu, iki gün əvvəl hava limanında baş verən qanunsuz hərəkətin davamıdır: "Əslində, iki gün əvvəl İstintaq və Korrupsiyaya Qarşı Mübarizə Komitələri heç bir cinayət işinin olmadığını və buna görə də prezidentin birbaşa cinayət törədildiyi üçün səyahətinin məhdudlaşdırıldığını bildirib. Bu gün hökumət prokurorluğu bir növ işi "bitirib" və Mərkəzi Seçki Komissiyasına müraciət edib", - deyə Köçəryanın ofisinin məlumatında deyilirdi.
Bakı 



