q
  • Bakı 14° C

    7.88 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Paşinyan: Ermənistan və Rusiya hərbi-texniki əməkdaşlığı davam etdirəcək

DÜNYA

18 Aprel 2026 | 12:54

Paşinyan: Ermənistan və Rusiya hərbi-texniki əməkdaşlığı davam etdirəcək

Ermənistan və Rusiya hərbi-texniki sahədə əldə edilmiş razılaşmaların icrasını davam etdirməklə bağlı razılığa gəlib.

Bakıvaxtı.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifnqdə bildirib.

"Rusiya ilə hərbi-texniki əməkdaşlığımız var idi, bu əməkdaşlıq müəyyən bir mərhələdə əhəmiyyətli dərəcədə azalmış və ya dayandırılmışdı", - Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, Moskvaya səfər və Rusiya Prezidenti Vladimir Putinlə görüş çərçivəsində hərbi-texniki əməkdaşlıqla bağlı əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməsi barədə razılıq əldə edilib.


SON XƏBƏRLƏR

17 Aprel 2026