Bu yolda ya qəza qaçılmazdır, ya da avtomobillərin şassisi sıradan çıxır.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Zığ-Şüvəlan yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsindən gedir. Baxmayaraq ki, burada sürət həddi saatda 60 kilometrdir, yolun bərbad vəziyyəti sürücüləri ani manevrlərə məcbur edir. Bu isə hər an qəzaya zəmin yaradır.
Ərazidə yaşayan sakinlər və sürücülər bildirirlər ki, bir neçə həftə əvvəl yolda təmir işlərinə başlanılıb. Buna səbəb yolun hər iki tərəfində asfalt örtüyünün tamamilə sıradan çıxması olub. Lakin təmir işləri yarımçıq qalıb.
Sakinlərin sözlərinə görə, burada qəza halları bir dəfə yox, demək olar ki, hər gün baş verir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, işlərin gecikməsinə səbəb hava şəraitidir.
İndi sürücülərin yeganə ümidi vədlərin sözdə qalmaması və sabahdan etibarən yolun həqiqətən normal vəziyyətə gətirilməsidir. Əks halda, bu yolda qəza xəbərlərinin davamlı olacağı bildirilir.
Bakı 




