q
  • Bakı 15° C

    11.1 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEO - YENİLƏNİB

HADİSƏ

18 Aprel 2026 | 20:54

Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEO - YENİLƏNİB

Sumqayıt şəhərində son günlər geniş ictimai müzakirələrə səbəb olan qanunsuz tikili ilə bağlı məsələ öz həllini tapıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhərin ən çox ziyarət edilən istirahət məkanlarından biri olan Nəsimi adına Mədəniyyət və İstirahət Parkında inşa edilən obyektin qanunsuz olduğu müəyyən edildikdən sonra dərhal söküntü işlərinə başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin apardığı  monitorinqlər nəticəsində məlum olub ki, sözügedən tikili müvafiq icazələr olmadan və şəhərsalma normalarına zidd şəkildə inşa edilib. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən obyektin ləğvi ilə bağlı qərar qəbul olunub.

Söküntü işləri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin , Sumqayıt şəhər İcra Hakimiyyətinin, və Sumqayıt Bələdiyyəsinin əməkdaşlarının birgə iştirakı ilə həyata keçirilib. Proses zamanı təhlükəsizlik qaydalarına tam riayət olunub.

Hazırda park ərazisində təmizləmə və bərpa işlərinin aparılması da nəzərdə tutulur. Məqsəd ərazini əvvəlki vəziyyətinə qaytarmaq və sakinlərin rahat istifadəsini təmin etməkdir.

 

***

14:26

Sumqayıt şəhəri Nəsimi adlanan mədəniyyət və istirahət parkının ərazisində qanunsuz şəkildə quraşdırılmış konstruksiya sökülülür.

Bakıvaxtı.az verir ki, söküntü işləri Sumqayıt şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişiliyi ərəfindən həyata keçirilir.

Məlumata görə, artıq ərazidə müvafiq texnika və canlı qüvvə cəlb olunaraq qanunsuz tikilinin mərhələli şəkildə demontajı aparılır.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində qanunsuz tikililərlə mübarizə tədbirləri mütəmadi xarakter daşıyır və bu istiqamətdə işlərin davam etdiriləcəyi bildirilir.


SON XƏBƏRLƏR

16 May 2026
15 May 2026