q
  • Bakı 14° C

    7.88 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Rüfət İsmayılovun qol saatları da müsadirə edildi

SİYASƏT

18 Aprel 2026 | 13:05

Rüfət İsmayılovun qol saatları da müsadirə edildi

Moskvanın Doroqomilovski Rayon Məhkəməsi Dağıstan daxili işlər nazirinin keçmiş müavini, əslən azərbaycanlı olan Rüfət İsmayılovun qol saatlarını dövlətin xeyrinə müsadirə edib.  

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məhkəmə qərarının mətninə istinadən məlumat yayıb. 

Bildirilir ki, məhkəmənin qərarında müsadirə edilmiş səkkiz qol saatının dəyərinin 4,4 milyon rubl (təxminən 98 100 AZN) təşkil etdiyi qeyd olunub. 

Xatırladaq ki, daha əvvəl məhkəmənin qərarı ilə keçmiş nazir müavininin 533,6 milyon rubl (təxminən 11 milyon 755 min AZN) dəyərində qiymətləndirilən əmlakı müsadirə edilmişdi

Qeyd edək ki, İsmayılov və müavini Dalqat Abdulqapurov 7 noyabr 2023-cü ildə Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanılıblar. 1975-ci il təvəllüdlü Rüfət İsmayılov Dağıstanın Dərbənd şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. Onun atası hakim Hikmət İsmayılov Dağıstanda hakim vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR

17 Aprel 2026