q
  • Bakı 19° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Şuşa və Trabzon şəhərləri qardaşlaşacaq

SİYASƏT

18 May 2026 | 10:14

Şuşa və Trabzon şəhərləri qardaşlaşacaq

Türkiyənin Trabzon şəhəri ilə Azərbaycanın simvol şəhəri sayılan Şuşa qardaşlaşacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç məlumat verib.

O qeyd edib ki, bununla bağlı iki şəhər arasında protokol imzalanacaq.

Bundan başqa, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) qatılan Ahmet Metin Genç çıxışında yaşayış hüququ ilə iqlim böhranının bir-birindən ayrı düşünülə bilməyəcəyini vurğulayıb.

Bələdiyyə sədri Trabzon nümunəsi misalında mənzillərin enerji istehlakı və karbon emissiyasına təsirinə diqqət çəkərək, dayanıqlı şəhərlər üçün aşağı karbonlu, fəlakətlərə davamlı və sosial ədaləti gücləndirən şəhər siyasətlərinin vacibliyinə işarə edib.


SON XƏBƏRLƏR

17 May 2026