• Bakı 24° C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

İkitərəfli sənədlər imzalandı

SİYASƏT

16 Iyun 2026 | 17:49

İkitərəfli sənədlər imzalandı

İyunun 16-da Özbəkistan tərəfinin dəvəti ilə V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovun və Özbəkistanın Baş naziri Abdulla Aripovun iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Bildirilib ki, sənədlər “AzerGold” QSC-nin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Özbəkistanın aidiyyəti qurumu arasında bank sahəsində əməkdaşlığı və NEQSOL Holding şirkətinin iştirakı ilə Özbəkistanda əhəmiyyətli faydalı qazıntıların birgə işlənilməsini nəzərdə tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR