Azərbaycanın Baş naziri Əli Əsədov Özbəkistana işgüzar səfəri çərçivəsində Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib.
Bakıvaxtı.az xəbər verir ki, hökumət başçısına sözügedən kompleksin fəaliyyəti, burada sərgilənən ekspozisiyalar, elmi-maarifləndirici layihələr və İslam dünyasının mənəvi irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Qeyd edilib ki, İslam Sivilizasiyası Mərkəzi Özbəkistanın iri mədəni-elmi komplekslərindən biridir. Burada Mərkəzi Asiya ölkələrinin elm, təhsil, mədəniyyət və İslam sivilizasiyasının inkişafına verdiyi töhfəni əks etdirən materiallar təqdim olunur.
Əli Əsədov regionun görkəmli mütəfəkkirlərinə, alimlərinə və ilahiyyatçılarına həsr olunmuş ekspozisiya, eləcə də mərkəzdə tətbiq edilən müasir rəqəmsal həllərlə tanış olub.
Xatırladaq ki, Azərbaycanın Baş naziri 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistanın paytaxtında səfərdədir.
Bakı 



