• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Kobaxidze Azərbaycana səfər edib- YENİLƏNİB

SİYASƏT

18 May 2026 | 11:36 | Müəllif: Əli Hüseynov

Kobaxidze Azərbaycana səfər edib- YENİLƏNİB

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

10:18

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfərə yollanıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.

    Kobaxidze tədbirdə çıxış edəcək. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır.

    Baş naziri səfərdə xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, daxili işlər naziri Sulxan Tamazaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti müşayiət edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Sentyabr 2026