Sosial şəbəkələrin, xüsusilə də "TikTok" platformasının bəzi istifadəçiləri tərəfindən Azərbaycanın qəhrəman şəhidlərinin xatirəsinə qarşı növbəti hörmətsizlik halı qeydə alınıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, sosial şəbəkədə "ya.allah.313_0" adlı istifadəçi yayılan görüntülərdə Azərbaycanın Milli Qəhrəmanları, şəhid general-polkovnik Polad Həşimov və şəhid gizir Mübariz İbrahimovun fotoları üzərində təhqiramiz montajlar edilib.
Paylaşılan görüntülərdə qəhrəmanların əllərinə saxta şəkildə vərəqlər əlavə olunaraq onların adından "Kim mənə rəhmət yazar?" və "Xahiş edirəm, rəhmət yaz" kimi ifadələr yerləşdirilib.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyi şəhidlərin xatirəsinin qorunmasını təmin edir və onların şərəf və ləyaqətinin alçaldılmasına yönələn hərəkətlər cəmiyyətdə ciddi narazılıq doğurur.
Şəhidlər Azərbaycan xalqının qürur mənbəyidir. Onların xatirəsinə hörmət göstərilməsi hər bir vətəndaşın mənəvi borcudur. Belə təhqiramiz paylaşımlar isə cəmiyyət tərəfindən qətiyyətlə pislənilməli və qarşısı alınmalıdır.
Murad İsmayıl
Bakı 





