q
  • Bakı 12° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Polkovnik-leytenantın oğlunu öldürən şəxsə hökm oxundu

CƏMİYYƏT

17 Aprel 2026 | 22:00

Polkovnik-leytenantın oğlunu öldürən şəxsə hökm oxundu

Gəncədə məktəblini qətlə yetirməkdə ittiham edilən Rihat Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, R.Cəfərov 10 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib. 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli tanışı R.Cəfərov tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, mərhum Vaqif Rəfibəylinin atası uzun illər ədliyyə sistemində çalışmış polkovnik-leytenant Rövşən Rəfibəylidir.

Fotoda: Rihat Cəfərov


SON XƏBƏRLƏR