q
  • Bakı 13° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Əməkdar artist məşhur serialdan getdi

ŞOU

17 Aprel 2026 | 16:14

Əməkdar artist məşhur serialdan getdi

Əməkdar artist Münəvvər Əliyeva rol aldığı "Dirilən adam" serialından ayrılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu haqda aktrisa özü məlumat yayıb. O bildirib ki, 78-ci bölümdən sonra serialda olmayacaq:

"Dirilən adam" serialında böyük sevgi və məsuliyyətlə canlandırdığım Rəfiqə obrazı ilə yollarımı ayırıram. 78 bölüm boyunca bu obraz mənim üçün sadəcə bir rol olmadı: O, hiss etdiyim, yaşadığım, bəzən özümlə eyniləşdirdiyim bir həyat parçasına çevrildi. Rəfiqə vasitəsilə sevinci də yaşadım, ağrını da. Onun susduğu yerdə danışdım, onun mübarizəsində güc tapdım. Bu obraz mənim yaddaşımda və qəlbimdə hər zaman yaşayacaq. Rəfiqəni sevən, anlayan və ona həyat verən siz dəyərli tamaşaçılara sonsuz təşəkkür edirəm.

Serialdan erkən ayrılma səbəbimi isə layihə tam başa çatdıqdan sonra açıqlayacağam. Hər son əslində yeni bir başlanğıcdır. Rəfiqə ilə vidalaşsam da, sənət yolum davam edir və inanıram ki, qarşıda bizi yeni görüşlər gözləyir".

Qeyd edək ki, AzTV-də yayımlanacaq "Dirilən adam" serialı Azərbaycan ədəbiyyatının görkəmli yazıçısı Mir Cəlal Paşayevin eyni adlı romanı əsasında hazırlanıb. Ekran işində Əməkdar artistlər Sənubər İsgəndərli, Füzuli Hüseynov rol alır.


SON XƏBƏRLƏR