• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Həcc ziyarəti üçün qeydiyyat bitdi

CƏMİYYƏT

17 Aprel 2026 | 18:20 | Müəllif: Subhan Mahmudov

Həcc ziyarəti üçün qeydiyyat bitdi

2026 il üçün Həcc kvotası tamamlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

    O bildirib ki, 1150 nəfər Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.

    "Kvotanın tamamlanmasına baxmayaraq, müraciətlər davam edir. Amma yer bitib. Onlar yalnız gələn il müraciət edə bilərlər", - Vüsal Cahangiri bildirib.

    Qeyd edək ki, 180 nəfərdən ibarət ilk zəvvar qrupunun uçuşu 17 may tarixində olacaq.

    Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026