q
  • Bakı 15° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Bu gün Bakı və Abşeronda ilin ən çox yağıntı düşən günü oldu

CƏMİYYƏT

17 May 2026 | 17:54

Bu gün Bakı və Abşeronda ilin ən çox yağıntı düşən günü oldu

Bakı və Abşeronda 2026-cı ildə ən çox yağıntı bu günə təsadüf edib.

Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ki, mayın 17-də Bakı və Abşerona 9 saat ərzində 103 mm yağıntı düşüb ki, bu da iqlim normasının 523 %-ni təşkil edir.

Qeyd edək ki, martın 27-də 15 saat ərzində düşən yağıntının miqdarı 58 mm (iqlim normasının 246 %-i), martın 28-də 24 saat ərzində 85 mm (360 %) qeydə alınıb.

Apreldə ayın 5-də 21 saat ərzində 29 mm (128 %), ayın 6-da 15 saat ərzində düşən yağıntının miqdarı 61 mm (264 %) olub.


SON XƏBƏRLƏR