• Bakı 25° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

İşə hamımız eyni vaxtda getməyəcəyik: Yeni sistem Bakını tıxacdan çıxaracaq?

CƏMİYYƏT

16 Iyun 2026 | 16:43

İşə hamımız eyni vaxtda getməyəcəyik: Yeni sistem Bakını tıxacdan çıxaracaq?

“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər. Belə ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub. Proqrama görə, bu, məhz 2026-cı ildə reallaşacaq”.

Bu barədə millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, bir çox inkişaf etmiş ölkədə, xüsusilə Avropada dəyişkən iş rejimi artıq tətbiq olunur və bu model konkret nəticələr verir: Onun sözlərinə görə, təhlillər göstərir ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır:

“Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır. Gözlənilir ki, 2026-cı ildə Azərbaycanda da dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi reallaşacaq”.

Parlament üzvü vurğulayıb ki, bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq və bu da nəqliyyat sıxlığına təsir göstərəcək:

“Təbii ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır”.

Bəs iş saatının dəyişdirilməsi səmərəliliyə necə təsir edəcək? Bu dəyişikliklər tıxac probleminə əncam olacaqmı?

Rəşad Həsənov, iqtisadçı

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, Azərbaycanda təxminən hər 100 əmək müqaviləsinin 45-i dövlət sektoruna düşür:

“Əminliklə iddia etmək olar ki, dövlət sektorunda hökumət rahatlıqla ilkin pilot layihə kimi, xüsusilə qeyri-istehsalat sahələrində, yəni tənzimlənmə, qərar qəbuletmə, eyni zamanda bürokratiya sahəsində iş saatları 6 saatadək azaldıla bilər. 6 saatlıq azalma ilə işçilərin işdən çıxma vaxtları differensiallaşdırıla və tıxacları əhəmiyyətli dərəcədə azalda bilər”.

Müsahibimizə görə, yəni tıxaclarla mübarizə aləti kimi bu metoddan istifadə oluna bilər:

“Hökumət bunu reallaşdırmaqla hər hansı ciddi itki ilə üzləşməyəcək. Məhsuldarlığın aşağı düşməsi və s. olmayacaq”.

Eldəniz Cəfərov, nəqliyyat üzrə ekspert

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə Bakıvaxtı.az-a bildirib ki, eyni saatda yola çıxan avtomobillər yollarda tıxac yaradır. Ekspert hesab edir ki, dəyişən iş qrafikasının tətbiq olunması artıq zəruridir:

“Skandinaviya ölkələri artıq uzun müddətdir ki, dəyişkən iş qrafikini tətbiq edirlər. Bunun müsbət nəticələri var. İşə daha tez gələn əməkdaşlar işdən daha tez çıxır. İşə gec gələnlər isə iş yerini bir qədər gec tərk edirlər. Amma ümumilikdə həftəlik iş saatları Əmək Məcəlləsində olduğu kimi qalır”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR