• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Asiya İnkişaf Bankı ilə müzakirələr aparılıb

İQTİSADİYYAT

17 Aprel 2026 | 18:59 | Müəllif: Subhan Mahmudov

Asiya İnkişaf Bankı ilə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığının təşviqi, rəqəmsallaşma, insan kapitalının inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Lea Qutierrez ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, özəl sektorun inkişafı, kiçik və orta biznes subyektlərinin dəstəklənməsi, eləcə də vergi islahatları istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Tərəflər dövlət-özəl tərəfdaşlığının təşviqi, rəqəmsallaşma, insan kapitalının inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Bununla yanaşı, regional təşəbbüslər, yaşıl enerji dəhlizləri, nəqliyyat və enerji bağlantıları, həmçinin qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında tərəfdaşlığın uğurla davam etdiyi vurğulanıb və gələcək əməkdaşlıq perspektivləri dəyərləndirilib.
 


Asiya İnkişaf Bankı ilə müzakirələr aparılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026