• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Finlandiyada dörd yeni qızıl yatağı aşkarlandı

İQTİSADİYYAT

15 May 2026 | 11:00 | Müəllif: Əli Hüseynov

Finlandiyada dörd yeni qızıl yatağı aşkarlandı

Finlandiyanın "Endomines" dağ-mədən şirkəti qazma işləri zamanı Rusiya sərhədindən 10 km məsafədə yerləşən Ukkolanvaara qaya massivində dörd yeni qızıl sahəsi aşkar edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "Yle" nəşri məlumat verib.

Şirkətin baş direktoru Kari Vixtinen qeyd edib ki, bu, Ukkolanvaaradakı Ukko yatağında əhəmiyyətli qızıl potensialını təsdiqləyir.

"Tək bir quyuda üç belə yüksəkkeyfiyyətli qızıl zonası - bu, daha əvvəl görmədiyimiz bir şeydir", - deyə o vurğulayıb.

Mütəxəssis qeyd edib ki, qızıl mədən sisteminin uzunluğu təxminən 7 km təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026