q
  • Bakı 12° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Vüqar Əhməd yazılanların ona aid olmadığını iddia etdi

CƏMİYYƏT

17 Aprel 2026 | 20:21

Vüqar Əhməd yazılanların ona aid olmadığını iddia etdi

Müğənni Almaxanım Əhmədlinin iddialarına Xalq artisti Siyavuş Kəriminin cavabı ifaçının atası Vüqar Əhmədin tənqidinə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bakupost.az-ın paylaşımına rəy yazan tanınmış şair Xalq artistini həbslə hədələyib. 

V.Əhməd, Siyavuş Kərimi haqda təhqiramiz ifadələr işlədərək bildirib ki, əgər o, verdiyi açıqlamaya görə üzr istəməzsə, bəzi faktlar açıqlanacaq və bu məsələnin sonu onun həbsinə qədər gedib çıxacaq:

"Tərbiyədən, mədəniyyətdən uzaq Xalq artisti, saxta professor üzr istəməsə, çox faktlar açılacaq və sonu həbslə bitəcək. Həddini aşdı. Xalq bilir kim kimdir. Mesencerdəki biabırçılıq yayılsa, bunun sonudur".

Məsələ ilə bağlı Vüqar Əhməd daha sonra açıqlama yayaraq qeyd olunan rəyi özünün deyil, bacısı oğlunun yazdığını bildirib:

"O rəyi bacım oğlu mənim telefonumdan yazmışdı, mən də danladım, sildim. Bir az ruhi problemi var. Ağzıma gələni dedim ona. Biz Siyavuş Kərimiyə cavab vermək istəmirik. Xalq bizi dəstəkləyir.

Xalq artisti, professor, uzun illər rektor işləmiş adamın, necə deyərlər, görürsünüz də mədəniyyətini... Mən ona nə deyim? Bacım oğluna dedim, nəyinə lazımdır? İşdən çıxmış vaxtıdır, sonra deyərlər işdən çıxarılıb deyə danışırlar... Vəzifədə olsaydı, hə, cavab verərdim. Həm də mən istəmirəm kimsə həbsdə yatsın. Yazıqdılar, nə ediblər, Allah bağışlasın. Əsas Allahın divanıdır. Nəyimə lazımdır, kimisə tutsunlar, gedib qoca vaxtı 8 il yatsın... mənə lazım deyil. Mən pislik edən adam deyiləm. Günahları var, Allah da var...".


SON XƏBƏRLƏR